Hadisə

Kreditlərini ödəyə bilməyən sahibkar özünü asdı – İMİŞLİDƏ

Kreditlərini ödəyə bilməyən sahibkar özünü asdı - İMİŞLİDƏİmişli şəhər sakini, 52 yaşlı Rəşid Zalov aprelin 6-da səhər saatlarında atasının Əliqulular kəndindəki evində özünü çardaqdan asaraq intihar edib.

Yaxınlarının bildirdiyinə görə, iki övlad atası olan mərhum kiçik sahibkar imiş və illər öncə zərərə düşdüyündən bir neçə bankdan kredit götürübmüş. O, son vaxtlar kredit müqavilələri üzrə aylıq ödəniş tapşırıqlarını yerinə yetirə, ayrı-ayrı şəxslərdən aldığı borcu qaytara bilməməyindən boğaza yığıldığını deyirmiş.

Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Mərhumun konkret hansı banklara və nə qədər borclu olması barədə ətraflı məlumat yoxdur. Yerli hüquq-mühafizə orqanları da hələlik hadisə ilə bağlı ətraflı məlumat verməyiblər.

Azərbaycanda ictimai təşkilatlar və media qurumları ölkə əhalisinin böyük hissəsinin bankların yüksək faizlə verdikləri istehlak kreditləri əlində çıxılmaz vəziyyətə düşdüklərini deyirlər.

Bank rəsmiləri isə media orqanları ilə nadir təmaslarında belə istehlak kreditləri üçün təminat zəif olduğundan faizlərin yüksək olduğunu bildirirlər. /Azadlıq radiosu/

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button