Hadisə

Mingəçevirdə köçkünlər etiraz aksiyası keçirdi

Mingəçevirdə köçkünlər etiraz aksiyası keçirdiMingəçevir şəhər “Sağ sahil” adlanan ərazidəki yarımçıq mehmanxanada müvəqqəti (?) məskunlasmış bir qrup məcburi köçkün bu gün günorta saatlarında etiraz aksiyası keçiriblər. Sakinlərin iddiasına görə yaşadıqları bina qəzalı vəziyətdə olduğu üçün bir neçə dəfə kütləvi etiraz aksiyası keçirsələr də dərdlərinə əncam çəkən tapılmayıb.

Bu gün də məcburi köçkünlər səlahiyyət sahiblərinin məsələyə biganə yanaşmalarına etiraz əlaməti olaraq aksiya keçiriblər. Şikayətçilər bildirirlər ki, bina qəzalı vəziyətdədir, dövlət qurumları binaya baxış keçirərək vəziyyətin çox acınacaqlı olduğunu təsdiq ediblər, buna baxmayaraq sakinlərə vəd verməklə kifayətlənərək qeybə çəkiliblər…

Məcburi köçkünlər ölkə rəhbərindən və “Qaçqınkom” sədri Əli Həsənovdan imdad diləyərək yeni tikilmiş qəsəbədə onların da məskunlaşmasına kömək etmələrini xahiş edirlər.(moderator.az)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button