Hadisə

Azərbaycanda səfir vəfat etdi

Azərbaycanda səfir vəfat etdi
Latviyanın Azərbaycandakı səfiri Hardis Baumanis Bakıda dünyasını dəyişib.

Bu barədə APA-ya teleaparıcı, Latviya səfirliyi ilə əməkdaşlıq edən Emin Musəvi məlumat verib.

Onun sözlərinə görə, latviyalı diplomat aprelin 6-da vəfat edib. “O, ölkələrimiz arasında əlaqələrin inkişafında böyük rol oynayıb\”, – deyə Emin Musəvi bildirib.

1967-ci ildə dünyaya gələn H.Baumanis Azərbaycandan əvvəl Litvada səfir və Sankt-Peterburqda baş konsul vəzifələrində çalışıb. Səfirin vəfatını Latviya XİN təsdiqləyərək ailəsinə başsağlığı verib. Qeyd edək ki, Hardis Baumanis fəaliyyətini Latviya XİN-də davam etdirmək üçün yayda ölkəsinə dönməliymiş.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button