Hadisə

Ağdaşda 24 yaşlı qız qardaşını öldürüb

Ağdaş rayonunda qardaşını bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən 1996-ci il təvəllüdlü Ələkbərova Ülkər Əmirxan qızının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Savash.org xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası martın 10-na təyin olunub.

Qeyd edək ki, noyabrın 12-də saat 14:00 radələrində Ağdaş rayonu, Xosrov kənd sakini, 1987-ci il təvəllüdlü Umarov Xancan Əmirxan oğlunun bıçaqlanaraq, öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdaş Rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmiş şəxsin bacısı 1996-ci il təvəllüdlü Ələkbərova Ülkər Əmirxan qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Xancan Umarovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ülkər Ələkbərova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button