Hadisə

Bakıda onlayn narkotik satan şəxslər saxlanıldı – FOTO/VİDEO

Nəsimi Rayon İdarəsinin (RPİ) 21-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Elvin İsmayılov və İlham İsgəndərov saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Belə ki, E.İsmayılovun idarə etdiyi avtomobilə baxış zamanı oradan 300 qramdan artıq narkotik vasitə heroin, 82 qrama yaxın psixotrop maddə metamfetamin, 3 qramdan artıq metadon və elektron tərəzi aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, E.İsmayılov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq narkotik vasitələrin Bakı şəhərinə gətirilməsinə köməklik edib.

Saxlanılan şəxs həmin xarici ölkə vətəndaşının göstərişi ilə narkotik maddələri paytaxt ərazisində onlayn yolla satışını təşkil etməli imiş.

Qeyd edilən faktla bağlı saxlanılan şəxslər barəsində Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button