Hadisə

Sumqayıtda avtobusla qatar toqquşdu – Bələdçinin başı bədənindən ayrıldı + FOTO

Sumqayıt şəhərinin Haci Zeynalabdin  qəsəbəsinin girişində ağır yol qəzası baş verib.

“SAVAŞ” bizim.media-ya istinadla xəbər verir ki, həmin ərazidən keçən yük qatarı ilə sərnişin avtobusu toqquşub. Hadisə ölümlə nəticələnib.  

Belə ki, qatarın hərəkətini tənzimləyən bələdçinin başı bədənindən ayrılıb.

Qəza yerinə FHN əməkdaşları və hüquq mühafizə orqanının nümayəndələri cəlb edilib.

Hazırda araşdırma aparılır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button