Hadisə

\”Qorotdel\”də gecə həyəcanı: general Seyidov əməliyyat keçirdi

"Qorotdel"də gecə həyəcanı: general Seyidov əməliyyat keçirdi
Ötən gecə Bakı polisində həyəcan siqnalı verilib.

Saat 5.30 radələrində Bakı Şəhər Baş Polis İdarəsinin bütün əməkdaşları idarəyə çağırılıblar.

Bu haqda məlumatı aznews.az-a polis əməkdaşlarından biri verib.

Məqsəd isə polislərin hazırlıq səviyyələrinin yoxlanılması olub.

Mənbə bildirib ki, hazırlıq səviyyəsi şəxsən Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov tərəfindən yoxlanılıb.

Qeyd edək ki, Mirqafar Seyidov BŞBPİ-yə rəis təyin olunandan sonra nəzarətində olan ayrı-ayrı idarələrdə dəfələrlə belə yoxlamalar keçirib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button