Hadisə

Bakıda kişi ailəsini qumbara ilə partlatmaq istədi

Bakının Lökbatan qəsəbəsində ata öz evini partlatmaq istəyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “SAVAŞ”-a verilən məlumata görə, martın 15-də saat 23.20-də DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən bir qadın Lökbatan qəsəbəsində yaşadıqları evdə atasının qumbara ilə onları öldürməklə hədələməsi barədə məlumat verib.

Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri ilə bu cinayət əməlini törətməkdə şübhəli bilinən Y.Malakanov saxlanılmış, ondan “UZRQM-2” markalı qumbara götürülüb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button