Hadisə

Bakıda polis tapdığı bu qızın valideynlərini axtarır

Bakıda polis tapdığı bu qızın valideynlərini axtarır
Paytaxtda itkin düşmüş qız tapılıb.

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi Tuncay Abbasovun APA-ya verdiyi məlumata görə, ötən gün rayonun Hövsan qəsəbəsi ərazisində təxminən 16 yaşlarında olan qızın tapıldığı barədə məlumat daxil olub.

Tapılan şəxs əqli cəhətdən qüsurlu olduğundan özü barədə düzgün məlumat verə bilmir. Yeniyetməni tanıyanlardan 30-cu Polis Bölməsinin növbətçi hissəsinin 457-57-02 və 457-57-91 saylı telefon nömrələrinə zəng etmələri xahiş edilir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button