Hadisə

Arvadını avtobusda öldürən kişi tutuldu

Arvadını avtobusda öldürən kişi tutuldu
Bakıda 2 gün öncə qətl törətməkdə şübhəli bilinən şəxs yaxalanıb.

Yasamal Rayon Polis İdarəsindən virtualaz.org-a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həyat yoldaşı, 1968-ci il təvəllüdlü Fatma Şəfiyevanı qətlə yetirməkdə təqsirləndirilən 1962-ci il təvəllüdlü Namiq Həzi oğlu Məmmədov tutulub.

Qeyd edək ki, hadisə aprelin 8-də gecə saatlarında Xırdalan-Bakı xətti üzrə hərəkət edən 135 saylı sərnişin avtobusunda baş verib. N. Məmmədov aralarında yaranan münaqişə zəminində həyat yoldaşı F. Şəfiyevanı bıçaqlayaraq qətlə yetirib.

Hadisə zamanı onların azyaşlı övladları da orada olub.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button