Hadisə
İstanbul hava limanında İran təyyarəsi partladı – (Fotolar)
İstanbulun Atatürk hava limanında İranın \”Qeshm Airlines\” şirkətinə məxsus təyyarə havaya qalxarkən mühərriklərindən biri partlayıb.
Milli.az xəbər verir ki, alov hər tərəfi bürümədən pilot təyyarəni saxlaya bilib.
Hadisə \”Airbus\” markalı təyyarə havaya qalxmaq üçün sürət yığarkən baş verib. Təyyarəyə bir neçə yanğınsödürən maşın yaxınlaşıb.
İlkin məlumatlara görə, sərnişinlər arasında xəsarət alan olmayıb.