Hadisə

Düz bağırsağında heroin daşıyan azərbaycanlı tutuldu

Düz bağırsağında heroin daşıyan azərbaycanlı tutuldu
Azərbaycanlı İrandan gələrkən daxili orqanında ölkəyə heroin keçirmək istəyib.

Dövlət Gömrük Komitəsindən (DGK) ANS PRESS-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Məhərrəm Məmmədovun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun daxili orqanından, düz bağırsağından 2 ədəd bükümdə, ümumi xalis çəkisi 8,254 qram olan narkotik vasitə – heroin aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button