Hadisə

Bakıdakı yanğında xəsarət alanlar var? RƏSMİ

Bakıdakı yanğında xəsarət alanlar var? RƏSMİBakıda yaşayış binasında baş verən güclü yanğın demək olar ki, söndürülüb.

Bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev ANS PRESS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, havanın küləkli olması yanğınsöndürənlərin işinə çətinlik törədib və ətrafa yayılmasına səbəb olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini həmçşinin əlavə edib ki, hadisə zamanı xəsarət alan olmayıb,

Qeyd edək ki, Zığ şosesi, 16 ünvanı, \”Nargilə\” kafesinin arxasında yenidənqurma işlərinin aparıldığı 9 mərtəbəli yaşayış binasının fasadını üzləmək üçün qurulan taxta konstruksiyalarda başlanana yanğın sonradan mənzillərə keçib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button