Hadisə

53 yaşlı kişi özünü bıçaqladı- Sabirabadda

53 yaşlı kişi özünü bıçaqladı- SabirabaddaSabirabad sakini bıçaqla özünə ağır xəsarət yetirib.

Savash.org xəbər verir ki, Şirvan şəhər xəstəxanasından APA-ya verilən məlumata görə, ötən gecə saat 22:30 radələrində Şirvan şəhər xəstəxanasına bıçaq yarası almış xəstə daxil olub. Sabirabad rayon Osmanlı kənd sakini 1962-ci il təvəllüdlü Məmmədov Famil Kamil oğlu qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, xəstənin vəziyyəti orta-ağır stabildir.

Sabirabad polis şöbəsindən verilən məlumata görə, yaralı bıçaq xəsarətini özü özünə yetirdiyini iddia edir.

Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən araşdırma aparılır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button