Hadisə
Lənkəranda yaralı aparan təcili yardım maşını qəza törətdi- 4 yaralı
Lənkəranda Təcili Tibbi Yardım Stansiyasına məxsus avtomobil qəzaya uğrayıb.
Savash.org report-a istinadən xəbər verir ki, hadisə hava limanı yolunda “Ambulance”nin “VAZ-21 07” markalı avtomobil ilə toqquşması nəticəsində baş verib.
Hadisə baş verən zaman “Ambulance” digər qəza yerindən yaralı aparırmış. Qəza nəticəsində daha dörd nəfər – “07”də olan 1 qadın və 2 uşaq sərnişin, həmçinin “təcili yardım” maşınında olan bir nəfər xəsarət alıb.
Loading...