Hadisə

11-ci sinif şagirdinin müəmmalı intiharı (FOTO, TƏFƏRRÜAT)

11-ci sinif şagirdinin müəmmalı intiharı (FOTO, TƏFƏRRÜAT)
Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.Sabunçu rayon Polis İdarəsi 15-ci polis bölməsindən APA-ya verilən məlumata görə, Kürdəxanı qəsəbə sakini sakini, 1998-ci il təvəllüdlü Ceyhun Zaur oğlu Əliyevin asılmış meyiti tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, hadisə intihardır. Ceyhun Əliyevin hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, Ceyhun Əliyev 113 saylı orta məktəbin 11-ci sinfində təhsil alırdı.

Ceyhun Əliyevin təhsil aldığı 113 saylı orta məktəbin direktor müavini Şirinxanım Abbasovanın ANS PRESS-ə hadisədən şoka düşdüklərini bildirib.

“Ceyhunun intihar etməsi barədə axşam eşitdik. Eşidən kimi də evlərinə getdim. Hamı şokda idi. Ceyhunun heç kimlə işi yox idi. Çox şən uşaq idi. Hamı ilə mehriban danışırdı. Məktəbin bütün tədbirlərində çox aktiv iştirak edirdi. Yaxşı qarmon çalırdı. Şənliklərdə həmişə musiqi ifa edirdi. Dərslərində də ora səviyyədə oxuyurdu. Amma bütün müəllimlər onun xətrini istəyirdilər”, – deyə Şirinxanım Abbasova bildirib.

Ceyhun Əliyevin sinif rəhbəri Elmira Musayeva da ANS PRESS-ə açıqlamasında şagirdinin intihar etməsindən şoka düşdüyünü bildirdi. Onun sözlərinə görə, onun intihar etməsi müəmmalıdır. Çünki məktəbdə Ceyhun Əliyevi problemsiz şagird kimi tanıyırmışlar.

“Çox sakit şagird idi. Tərbiyəli idi. Heç kim ondan şikayət etməyib. Evdəkilər də onun intihar etməsindən şoka düşüblər. Heç kim onun nə səbəbə özünü öldürməsini bilmir”, – deyə sinif rəhbəri bildirib.

Elmira Musayevanın sözlərinə görə, ailədə 2 qardaş olan Ceyhun Əliyevin bütün davranışları normal olub. O, peşəkar musiqiçi olmaq istəyirmiş. Atası ona qarmon çalmağı öyrədib. Sonradan musiqi məktəbinə girib. Məqsədi Konservatoriyaya girmək idi.

Ceyhun Əliyevin parta yoldaşı Lalə Nəzərova ANS PRESS-ə açıqlamasında hadisə barədə eşitdikdə çox pis olduğunu deyib. Onun sözlərinə görə, Ceyhun Əliyev sinifdə yaxın dostlarından biri olub.

“Hamının dərdilə maraqlanırdı. Kiminsə keyfi pis olanda, onun ürəyini açmağa çalışırdı. Onun ölüm xəbərini eşidəndən sonra özümə gələ bilmirəm. Sinifdə uşaqların hamısı çox pis olub”, – deyə Lalə Nəzərova bildirib.

Qeyd edək ki, Ceyhun Əliyevin oxuduğu sinifdə 26 şagird olub. Onlardan 11-i qız, 15-i oğlan. Şagirdlər Ceyhun Əliyevin sevgilisinin olması barədə məlumatsız olduqlarını bildiriblər.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button