Hadisə

Bərdədə mənzilə basqın: ev sahibi bıçaqlandı

Bərdədə mənzilə basqın: ev sahibi bıçaqlandı
Bərdə rayonunda yaşayış evinə basqın olub.

El TV ( Region TV) xəbər verir ki, hadisə ötən gecə saat 03 radələrində Türkman kənd sakini Çingiz Əli oğlu Əliyevin evində qeydə alınıb.

Çingiz Əliyevin bildirdiyinə görə, evə gələn tanımadığı şəxslər heç nə soruşmadan ona qarşı fiziki zor tətbiq edib və bıçaqla xəsarətlər yetiriblər.

Yaralı qonşuların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Basqınçılar qaçarkən evdə onlara məxsus gödəkçə və bir ədəd bıçaq da qalıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button