Hadisə

Salyanlı gənc qaçırdığı qızı və onun ailə üzvlərini güllələdi

Salyanlı gənc qaçırdığı qızı və onun ailə üzvlərini güllələdi
Salyan rayonunun Yenikənd kəndində Rəşad Məmmədov münaqişə zəminində tüfəngdən atəş açaraq həmkəndliləri Xədicə Didarovaya, oğlu Xanquluya və qızı Bahara xəsarət yetirib.

Virtualaz.org-un Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulub, hadisə törədilərkən istifadə edilmiş müvafiq sənədi olmayan “TOZ-8” markalı tüfəng götürülüb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Virtualaz.org saytının Şirvan bürosunun müxbirinin əldə etdiyi məlumata görə, R.Məmmədov bir müddət əvvəl Bahar Didarovanı evlənmək məqsədilə qaçırıbmış. Bundan sonra hərbi xidmətə gedən R.Məmmədov əsgərlikdən qayıdandan sonra B.Didarovanın atası evinə qayıtdığını görüb. O, bunu qızın ailəsinə irad tutub. Münaqişə bundan sonra daha da qızışıb. R.Məmmədov sevdiyi qızı döyüb. Ailəsinin buna etiraz etməsi isə məlum faciənin baş verməsinə gətirib çıxarıb.

Əlavə məlumatlar verəcəyik.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button