Hadisə

Özünü asan məktəblinin məktubu: \”Bu zalım dünyada…\”

Özünü asan məktəblinin məktubu: "Bu zalım dünyada..."

İntihar edən məktəbli oğlanın məktubu tapılıb.

Dünən Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində baş vermiş intiharla bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, 16 yaşlı Ceyhun Əliyev özünü asmamışdan əvvəl ailə üzvlərinə və sevdiyi qıza məktub yazıb. Məktub o özünü asandan sonra ailə üzvləri tərəfindən tapılaraq hüquq-mühafizə orqanlarına təqdim edilib.

11-ci sinif şagirdi olan C.Əliyev məktubunda sevdiyi qızdan bəhs edib və onun adını çəkərək qovuşmaqlarının mümkünsüz olduğunu yazıb: \”Bu zalım dünyada yaşamaq istəmirəm. Bil ki, səni çox sevirəm, Heyif ki, qovuşmağımız mümkün deyil. Dostlarım da məndən üz çevirdi. Daha yaşamaq istəmirəm\”.

Yeniyetmə oğlan atasından hallallıq istəyib və nişanlı qardaşına müraciət edərək yazıb ki, onun intiharı səbəbindən böyük qardaşının toyu bir qədər yubanacaq: \”Ata, üstümüzdə böyük zəhmətin olub. Amma bağışla ki, daha yaşamaq istəmirəm\”.

Qeyd edək ki, faktla bağlı başlanmış cinayət işinin istintaq davam etdirilir.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button