Hadisə

Zaqatala polisləri Qaxda qəzaya düşdü

Zaqatala polisləri Qaxda qəzaya düşdü
Azərbaycanın Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Qax-İlisu avtomobil yolunun Qarabulaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Turab Vaqif oğlu İsgəndərov idarə etdiyi “Toyota” markalı, 99 FL 066 dövlət nömrə nişanlı avtomobili yolun kənarındakı qaz xəttinə çırpıb. Avtomobildə sürücüdən əlavə bir sərnişin də olub. Hadisə nəticədə xəsarət alan olmasa da, Qaxbaş və Ağçay kəndlərini təbii qazla təchiz edən 195 mm-lik qaz xətti sıradan çıxıb. İki kəndə təbii qazın verilməsində fasilə yaranıb.

Qax Rayon Polis Şöbəsindən bildirilib ki, qəza törədən sürücü Turab İsgəndərov və avtomobildə olan sərnişin Aygül Həsənova Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarıdır. Turab İsgəndərov istintaq bölməsində müstəntiq, Aygül Həsənova isə təhqiqatçı vəzifələrində işləyirlər.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button