Hadisə

Bakıda bank müdirini öldürən şəxs tutuldu

Bakıda bank müdirini öldürən şəxs tutulduPolis əməliyyat keçirib.

“Avropa” otelində qətl törətməkdə şübhəli bilinən Sənan Quliyev dünən gecə radələrində tutulub.

Savash.org xəbər verir ki, bu barədə Trend-ə Nəsimi rayon Polis Şöbəsindən məlumat verilib.

Qeyd edək ki, aprelin 21-də Nəsimi rayonu ərazisində yerləşən “Avropa” otelinin idman zalında naməlum şəxs Bakı şəhər sakinləri Azər Məmmədova və Ruslan Əfəndiyevə bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib.

“Zaminbank”ın Nəsimi rayon filialının müdiri olmuş A.Məmmədov məşq edən zaman S.Quliyevlə otelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi R.Əfəndiyev arasında mübahisə yaranıb. A.Məmmədov onları sakitləşdirməyə çalışıb. S.Quliyev bıçaqla məşqçiyə və Azərə zərbələr vurub.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button