Hadisə

“Rahat” marketdə faciə: Fəhlə eskalatorun arasında qalaraq öldü

“Rahat” marketdə faciə: Fəhlə eskalatorun arasında qalaraq öldüSumqayıtda dəhşətli hadisə baş verib.

Savash.org xəbər verir ki, Lent.az-ın məlumatına görə, 17-ci mikrorayon ərazisində yerləşən və sabah açılışı planlaşdırılan \”Rahat\” marketdə işləyən fəhlə 1990-cı il təvəllüdlü Qurbanov Ruslan Taleh oğlu eskalatorun arasında qalıb.

O, hadisə yerindəcə dünyasını dəyişib. Bildirilir ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Yeni quraşdırılmış eskalator yoxlanış üçün istismara buraxılarkən məlum olay yaşanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib, araşdırma aparılır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button