Hadisə

Azərbaycanda maşın bazara girdi: xəsarət alanlar var – ANBAAN VİDEO

Göyçay rayonunda bazarda qəza baş verib, xəsarət alanlar var.

Savash.org APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 11:30 radələrində Göyçay şəhərindəki “Təzə Bazar”da qeydə alınıb.

Rəşad Bəkirovun idarə etdiyi “VAZ-21099” markalı minik avtomobili bazarın içərisində hərəkət edərkən qəflətən idarəetmənin itməsi səbəbindən piştaxtaların üstünə çıxıb, satıcı və alıcılar yüngül xəsarət alıb.

Məlumata görə, hadisə zamanı xəsarət alan 1974-cü il təvəllüdlü Qocayeva Səbirə Məcid qızı və digər qadın Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə vaxtı bazarda qorxu və həyəcan keçirən insanlara həkimlər tərəfindən tibbi yardım göstərilib. Araşdırma zamanı məlum olub ki, sürücü hadisəni qəsdən törətməyib. Avtomobili idarə edərkən onun ayağında çəkələk olub.

Sürücünün ayağından çıxan çəkələk avtomobilin qaz əyləcinə keçib, nəticədə avtomobilin sürəti qəflətən artdığı üçün hadisə baş verib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button