Hadisə

Narkokartellər arasındakı silahlı qarşıdurmada onlarla insan həlak oldu – FOTO

Meksikanın Zakatekas ştatında narkotik kartelləri arasında baş verən qarşıdurmada ən az 35 nəfər ölüb.

Bu barədə “Jornada” xəbər verib.

Bildirilir ki, San-Xuan-Kapistrano kəndində “Xaliskonun Yeni Nəsli” (CJNG) və “Sinaloa” kartelinin üzvləri bir-birlərinə hücum çəkiblər. Cümə axşamı günortadan sonra başlayan qarşıdurma cümə səhəri bitib.

Hadisə yerinə Meksika Ordusu və Dövlət Baş Prokurorluğunun üzvləri yollanıblar.

Ətrafda cəsədlərdən əlavə, iki yanmış pikap da aşkarlanıb.

 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button