Hadisə

SON DƏQİQƏ! – Bakıda güclü YANĞIN – VİDEO

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən nəm salfetkaların istehsalı sexindəki yanğınla bağlı daha bir məlumat yayıb.

Savash.org xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri dərhal yanğının baş verdiyi ünvana cəlb olunub.

Görülmüş operativ tədbirlərlə yanğın daha da genişlənməsinin qarşısı alınaraq söndürülüb.

***

 14:53
Binə qəsəbəsində nəm salfetkaların istehsalı sexində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) KONKRET.az-a verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nəm salfetkaların istehsalı sexində yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button