Hadisə

27 yaşlı azərbaycanlı Rostov hava limanında 2 milyonla saxlanıldı

Rusiyanın Rostov hava limanı “Platov”da 2 milyon rublu ölkədən gizli şəkildə çıxarmağa cəhd edən 27 yaşlı Azərbaycan vətəndaşı barəsində inzibati iş açılıb.

Savash.org xatırladır ki, mövcud Rusiya qanunvericiliyinə görə, bəyannamə tərtib edilmədən ölkədən təxminən 720 min rubl  (10 min ABŞ dolları həcmndə) pul çıxarıla bilər.

Rostov gömrükxanasından jurnalistlərə verilən məlumata görə, həmin şəxs “yaşıl” dəhlizlə keçib, lakin yoxlama zamanı onda 2 milyon rubl həcmində böyük məbləğ aşkarlanıb. Qaydanı pozan şəxsə qarşı inzibati xəta törətməsi ilə bağlı protokol tərtib edilib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button