Hadisə

Bakıda OLAY: qohumları azyaşlını döyərək dilənməyə məcbur etdi – FOTO

Bakının Nəsimi rayonu ərazisində qohumları tərəfindən dilənməyə məcbur edilən və fiziki zorakılığa məruz qalan azyaşlı aşkarlanıb.

Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

O, qeyd edib ki, xalası və digər qohumları Şərifov Ümid Tural oğlunu dilənməyə, avtomobillərin təkərini qaraltmağa məcbur edib, qazancını əlindən alıblar: “O isə bunu etmək istəmədiyinə, az pul qazandığına görə döyülüb və qaçıb. Neçə vaxt küçədə yaşayıb. Azyaşlı bu gün Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən sığınacağımıza yerləşdirilib”.

O, qeyd edib ki, Ü.Şərifov 5 il əvvəl də sığınacaqda olub. Anası bir neçə ay sonra tapılıb və gələrək uşağı aparıb.

Bakıda OLAY -Qohumları azyaşlını döyərək dilənməyə məcbur etdi (FOTO)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button