Hadisə

Bakıda güclü yanğın: ölən var

Bakıda güclü yanğın: ölən var
Bakının Şәrifzadә küçәsindә yanğın başlayıb.
Bakının Yasamal rayonunda baş vermiş yanğın zamanı ölüm faktı qeydə alınıb.

APA-nın məlumatına görə, yanğın başladıqda çayxananın işçisi 22 yaşlı Xanbabayev Şöhrət Әlövsət oğlu və digər bir nəfər içəridə olub.

Yanğından xilas olmağa çalışan 22 yaşlı gənc qapının şüşəsini sındıraraq bayıra çıxmaq istəyib. Bu zaman şüşə qırıqları onun ayaq damarlarını kәsib. Təcili tibbi yardım maşını ilә xəstəxanaya aparılan Şöhrət Xanbabayev qanitirmədən yolda dünyasını dəyişib.

Hadisə nəticəsində bir nəfər isə tüstüdən zəhərlənib.

FHN DYMX-nin Yanğınsöndürmə qərargahının rəisi Əkbər Novruzov jurnalistlәrә bildirib ki, çayxana 55, hüquq mәslәhәtxanası 155 kv.m. sahәdә yanıb. Yaxınlıqdakı market yanğından mühafizә olunub.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button