Hadisə

Bakıda saçını rəngləyən oğlanı bıçaqladılar – FOTO

 Savash.org Lent.az-a istinadən xəbər verir ki, hadisə iyunun 29-u saat 21:30-da paytaxtın Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Abbasxan Hümbətov tanımadığı 2 nəfər tərəfindən bıçaqlanıb.

Bu barədə zərərçəkmiş özünün sosial şəbəkə hesabında paylaşım edib. O, paylaşımda saçlarını mavi rəngə boyadığı üçün bıçaqlandığını iddia edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hazırda hadisəni törədən şəxslərin tapılması istiqamətində araşdırmalar davam etdirilir: “Araşdırmaların sonunda ictimaiyyətə əlavə məlumat veriləcək”.

 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button