Hadisə

Norveçdən Nepala uçan təyyarə Bakıya məcburi eniş etdi

Norveçdən Nepala uçan təyyarə Bakıya məcburi eniş etdi
Aprelin 27-də Nepalda baş verən zəlzələyə görə bura ezam olunmuş Norveçin xilasetmə qrupunun təyyarəsi Bakıya məcburi eniş edib.

Bu barədə APA Norveç saytlarından birinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb Nepalın Katmandu hava limanında təyyarənin eniş etməsi üçün boş yerin olmamasıdır.

“Biz əvvəldən Bakıya yanacaq doldurmaq üçün eniş etmək istəyirdik. Lakin bizə xəbər verildi ki, Katmandu hava limanında eniş etmək üçün boş yer yoxdur. Bu an anladıq ki, uçuşu davam etdirə bilməyəcəyik”, – deyə norveçli xilasetmə qrupunun nümayəndəsi Cim Olav Hansen yerli mətbuata açıqlamasında bildirib.

Maraqlıdır ki, \”Azərbaycan Hava Yolları\” QSC-nin xidmət rəisi sayta bildirib ki, Norveçdən olan xilasetmə qrupu Heydər Əliyev Beynəlxalq Hava Limanına məcburi eniş etməyib.

Qeyd edək ki, xilasetmə komandası həftənin bazar ertəsi Oslonun \”Gardemoen\” hava limanından yola düşüb. Komandanın tərkibində 6 xilasetmə iti, Oslonun yanğın xidmətindən olan xilasetmə üzrə ekspertlər, həkimlər və tibb bacıları olub.

Norveç qrupu “Kathmandu” hava limanına eniş edə bilməyən yeganə beynəlxalq xilasetmə komandası deyil. Belə ki, daha 15 beynəlxalq xilasetmə qrupu bura uçuş edə bilmək üçün gözləyir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button