Hadisə

Bakıda polis maşını “KİA”nı vurdu, o isə piyadanı…

Bakıda polis maşını “KİA”nı vurdu, o isə piyadanı...
Paytaxtda polisin də iştirakı ilə yol qəzası baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə paytaxtda bir neçə gün öncə baş verib.

Nobel prospektində Post Patrul Xidməti Bölməsinin serjantı, 1989-cu il təvəllüdlü Rəşad Məmmədov idarə etdiyi \”Fiat-Doblo\” markalı avtomobillə Masallı sakini, 1990-cı il təvəllüdlü Elşən Ağayev idarə etdiyi \”Kia Cerato\” markalı avtomobili arxadan vurub.

İlkin məlumata görə, qəzaya səbəb E.Ağayevin manevr qaydasını pozması olub. Nəticədə E.Ağayevin maşını həmin vaxt səkidə dayanan Astara rayon sakini, 1983-cü il təvəllüdlü Cəmil Qədimovu vurub.

C.Qədimov xəstəxanaya yerləşdirilib, tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button