Hadisə

Azərbaycanda polkovnik-leytenant həbs edildi

Azərbaycanda polkovnik-leytenant həbs edildi…

“Hərbi Prokurorluğun Ağır Cinayətlər üzrə istintaq idarəsinin müstəntiqi İlham Babayev polkovnik-leytenant rütbəli bir hərbi hissə komandirini şübhəli şəxs qismində tutub.”

Savash.org xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov özünün şəxsi feysbuk səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, cinayət işinə buraxılmağına və şübhəli şəxslə görüşməyi üçün dünən vəkil orderini və müvafiq sənədləri müstəntiqə təqdim edib.

Müstəntiq öz mobil telefonu ilə şübhəli şəxs qismində tutulmuş şəxsi qohumu ilə danışmasını təşkil etməklə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur.

AR Hərbi Prokuroru Xanlar Vəliyev və onun müavini Şəfayət İmranovun iş metodlarından biri isə hərbçiləri müdafiə hüququndan məhrum etməkdir”,-deyə A.Məmmədov qeyd edib.

Qeyd edək ki, saxlanılan hərbi hissə komandirinin kimliyinə gəlincə, vəkil ad açıqlamayıb. (oxu24.com)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button