Hadisə

PKK-nın önəmli adamı dəfn edildi, Türkiyə qarışdı

PKK-nın önəmli adamı dəfn edildi, Türkiyə qarışdı
Suriyanın Kobani şəhərində İŞİD və kürd silahlıları arasında gedən döyüşlərdə öldürülüşmüş PKK-nın önəmli simalarından olan kod adı \”Sımko Çarçela\” olan Serbest Kartal Türkiyənin Yüksekova vilayətində basdırılıb.

26 Oktyabr 2014-cü ildə öldürülən \”Simko Çarçela\”nın dəfnindən sonra qarşıdurmalar yaşanıb. Qarşıdurmalarda üstündə tüstü şaşkası daşıyan 1 nəfər yaralanıb.

Dəfn mərasiminə Şırnakdan olan millət vəkili və HDP-nin Hakkari 1-ci dairəsindən namizəd olan Selma Irmak və HDP-nin deputatlığa namizədləri Nihat Akdoğan, Abdullah Zeydan, Yüksekova Bələdiyyə Başqanı Ruken Yetkin, HDP və DBP partiyalarının rəhbərləri də qatılıb.

Cənazənin torpağa verilməsindən sonra bir qrup şəhərin mərkəzindəki Cengiz Topel prospektində toplanaraq yolda barrikadalar quraraq şuarlar səsləndirib. Polis nümayişçiləri gözyaşardıcı qaz və su şırnaqları ilə dağıtmağa başlayıb. Aksiya iştirakçıları da polisə daş, molotof kokteli və fişənglər atıb. Qarşıdurmalarda silah səsləri də eşidilib.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button