Hadisə

Azərbaycanda möcüzə: dirək basdırmaq üçün quyu qazdı, neft çıxdı

Azərbaycanda möcüzə: dirək basdırmaq üçün quyu qazdı, neft çıxdı
Sabirabadda dirək basdırmaq üçün qazılan quyudan neft çıxıb. Xəzər TV-nin məlumatına görə, bu barədə icra nümayəndəliyinə müraciət edilib.

Rayonun Çığırğan kəndində yaşayan Yaqub Bəşirov həyətdə çəpər çəkərkən dirək basdırmaq üçün bir neçə quyu qazıb. Quyuların birindən mazut qoxusu yayılmağa başlasa da o, buna əhəmiyyət verməyib.

Ancaq bir müddət sonra quyudan gələn qoxunun daha da güclənməsi Yaqub Bəşirov kimi kənd sakinlərinin də marağına səbəb olub.

Onlar yaxınlıqda hər hansı bir neft quyusunun olmadığını və həmin qazılan quyunun yerləşdiyi yerin də əvvəldən yaşayış yeri olduğunu bildirirlər. Həyət sahibi həmin yerdə mütəxəssislərin baxış keçirməsini gözləyir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button