Hadisə

\”Mercedes\” \”London taksisi\” ilə toqquşdu

"Mercedes" "London taksisi" ilə toqquşdu
Bakının Nəsmi rayonu Füzuli küçəsində yol nəqliyyat hadisəsi qeydə alınıb. Adı çəkilən küçə ilə Füzuli meydanı istiqamətində olan hərəkətdə olan “Mercedes” maraklı minik maşını Talışxan Əkbərovun idarə etdiyi “London taksisi”nə çırpılıb. Hadisə vaxtı hər iki nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə imiş. Qəza nəticəsində başı alınlıq şüşəsinə dəyən “Mercedes”in sürücüsü İmanaqulu Xəlilov təcili tibbi yardımla xəstəxanaya aparılıb.

Şahidlərin sözlərinə görə, həmin vaxt “London taksisi” yolun hərəkət hissəinin sağ tərəfində olub. “Mercedes”in sürücüsünün ani diqqətlisizi maşının taksiyə çırpılması ilə sona çatıb.

Qəza yerinə gələn Nəsimi rayon polis idarəsi əməkdaşlarının apardığı müayinələrdən sonra, qəza ilə bağlı ilkin versiya da irəli sürülüb. Nəsimi RPİ-nin təhqiqatçısı Bahadır Əliyev əyləc izinə baxaraq ilkin versiya kimi sürət faktorunu irəli sürüb.

Tam dəqiq səbəblər isə müvafiq ekspertizaların verəcəyi rəydən, eləcə də ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış keçiriləndən sonra bəlli olacaq.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button