Hadisə

Bakı-Quba yolunda dəhşətli qəza – ölən var

Bakı-Quba yolunda dəhşətli qəza - ölən var
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən,

Bakı-Quba yolunun 30-cu kilometrliyində ağır yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyini Xüsusi Xilasetmə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu barədə bu gün saat 06 radələrində 112 saylı \”qaynar xətt”ə bildirilib.

Məlumat daxil olan kimi hadisə yerinə xilasedicilər cəlb olunub. Məlum olub ki, həmin ərazidə \”Mercedes\” markalı minik avtomobillə \”Shaqman\” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində \”Mercedes\” markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıblar. Meyit aidiyyətı üzrə təhvil verilib.

Əməliyyat saat 06:30-da başa çatıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button