Hadisə

Müsəlman müəllimdən vəhşi tərbiyə üsulu

Müsəlman müəllimdən vəhşi tərbiyə üsulu
Bir müəllimin şagirdlərini döyərək cəzalandırdığı video sosial şəbəkələrdə müzakirə obyekti olub və izlənmə rekordu qırıb.

Axar.az xəbər verir ki, islam ölkələrinin birində çəkilən videonu misirli televiziya aparıcısı, analitik Adel Hamuda Feysbuk sosial şəbəkəsindəki hesabında paylaşaraq tənqid edib.

Videoda bir müəllimin şagirdlərini başqa şagirdlərin, müəllimlərin, böyük ehtimalla, valideynlərin gözü qarşısında şillə və çubuqla amansızcasına döydüyü görünür. Müəllimin bu hadisənin videoya çəkildiyindən xəbərdar olması və buna baxmayaraq, şagirdlərini çəkinmədən cəzalandırması da gözdən yayınmır.

Videoya müsəlmanları hədəf alan şərhlər gəlsə də, bəzi istifadəçilər belə “cəza metodlarının” təkcə Şərq ölkələrində deyil, dünyanın əksər ölkələrində hələ də qaldığını qeyd ediblər.

Videonu təqdim edirik:

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button