Hadisə
Binəqədidə yük maşını qaçırıldı
Paytaxtda yük maşınını qaçırıblar.
Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 27-də saat 00.45 radələrində, Binəqədi qəsəbəsində Göyçay rayon sakini Asif Yusifova məxsus “Şhaqman” markalı avtomobil itib. Bu barədə Asif Yusifov polisə şikayətində bildirib.
Şikayət əsasında Binəqədi Rayon Polis İdarəsi 4-cü polis bölməsi əməkdaşları əməliyyata başlayıblar. Keçirilən əməliyyat nəticəsində, maşını qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Elsevər Abbasəli oğlu Abbasov tutulub.
Faktla bağlı araşdırma aparılır.
Loading...