Hadisə

Bakıda avtobus \”avtoş\”luğunun zərbəsi hamilə qadına dəydi

Bakıda avtobus "avtoş"luğunun zərbəsi hamilə qadına dəydi
Bakıda iki sərnişin avtobuslarının \”avtoş\”luq etməsinin zərbəsi hamilə qadına dəyib.

Bu gün səhər Azadlıq prospektində 24 saylı xətt üzrə hərəkət edən iki avtobusun sürücüsü ötüşə çıxıb. Hadisə şahidlərinin milli.az-a verdikləri məlumata görə, bir-birinə yaxın sürən sürücülər avtobusları \”avtoş\”lara xas olan \”güzgüvurma\” manevri edərək zarafatlaşıblar. Onların istəyi uğurlu alınmayıb və avtobuslar sürtünüb, şüşəsi sınıb.

Qırılan şüşə avtobusda azyaşlı uşaqla əyləşmiş hamilə qadının üstünə tökülüb. Əli kəsilən qadın qan içərisində avtobusdan düşərək yaxınlıqdakı klinikaya aparılıb və orada ona yardım edilib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button