Hadisə

Bakı sakini lotereyadan udduğu pulla 1 kq heroin alarkən tutuldu

Bakı sakini lotereyadan udduğu pulla 1 kq heroin alarkən tutulduYasamal polisi narkotik maddələrin satışı ilə məşğul olan rayon sakini saxlayıb.

APA-nın məlumatına görə, Yasamal rayon sakini Cəbrayıl Camalov 1 kiloqrama yaxın heroinlə tutulub. Polisə ifadəsində o bildirib ki, bir neçə ildir ki, narkotik maddə istifadəçisidir. Onun sözlərinə görə, heroini \”20 Yanvar\” metro stansiyasının yaxınlığında əvvəllər tanımadığı şəxsdən alıb.

C.Camalovun sözlərinə görə, 1 kiloqrama yaxın heroinə o 500 manat pul verib. Pulu isə, idman yarışları lotereyasından udub. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button