Hadisə

Avro-2020-nin finalında 9 polis yaralandı: 49 azarkeş saxlanıldı

Avro-2020-nin finalında keçirilən İtaliya – İngiltərə oyunundan əvvəl azarkeşlər arasında baş verən iğtişaş zamanı 49 nəfər saxlanılıb.

Savash.org xəbər verir ki, bu barədə London polisinin mətbuat xidməti məlumat yayıb.

Matçın keçirildiyi “Uembli” stadionunun ətrafında azarkeşlərin toqquşması zamanı 19 polisin xəsarət aldığı da bildirilib.

“Bu insanlar azarkeş yox, quldurdurlar. Onlar özlərindən utanmalıdırlar. Xəsarət alan həmkarlarımıza şəfa diləyirik” – deyə London polisinin yaydığı açıqlamada qeyd olunub.

Xatırladaq ki, əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan matç penaltilrə seriyasına qədər uzanıb və burada daha dəqiq olan italyanlar (3:2) çempionatın qalibi olub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button