Hadisə

Erməni Qarabağdan apardığı qumbara ilə özünü partlatdı

Ermənistanın Hrazdan şəhər sakini əl bombasının partlaması nəticəsində çoxsaylı yaralarla xəstəxanaya yerləşdirilib.

Savash.org xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

42 yaşlı Lev Asryan əl bombasının partlaması nəticəsində əl-ayağından və başından qəlpə yaraları alıb.

Onun mənzilinə baxış keçirilərkən 2 ədəd F-1, 1 ədəd RGD, 3 ədəd qoruyucu, 7,62 mm çaplı 119 patron və plastik qumbara örtüyü tapıblar.

Lev Asryanın arvadı polislərə bildirib ki, əri sursatları Qarabağdakı 44 günlük müharibə zamanı əldə edib. (axar.az)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button