Hadisə

7 ildən sonra həbsdən çıxdı, həmin gün oğurluq etdi

7 ildən sonra həbsdən çıxdı, həmin gün oğurluq etdiŞəkidə oğurluq hadisəsi baş verib. Rayon sakini həbsdən azadlığa çıxdığı gün sərxoş vəziyyətdə yenidən oğurluq cinayətinə əl atıb.

Savash.org \”Report\”a istinadən xəbər verir ki, əvvələr də Cinayət Məcəlləsinin 3 maddəsi ilə məhkum olunmuş Şəki şəhər sakini 53 yaşlı Nüsrət Hüseyn oğlu Həsənov azadlıqdan çıxdığı gün, yəni aprel ayının 28-də şəhərin Axundov küçəsində yerləşən Nəzakət Hüseyn qızı Hüseynovaya məxsus mağazaya gəlib. Həmin anda dükan sahibi oğlunu məktəbdən götürmək üçün gedib və mağazanı qonşusu 15 yaşlı Mehman Əli oğlu Məmmədova tapşırıb. Mağazada olan uşaq Nüsrət Həsənova Nəzakətin getdiyini və heç kimi içəri buraxmamağı söylədiyini deyib. Ancaq içkili vəziyyətdə olan Nüsrət uşağı itələyib yıxaraq kassada olan 45 manat pulu götürüb mağazanı tərk edib. Hadisə yerinə gələn Şəki RPŞ-nin əməkdaşları Nüsrət Həsənovu mağazanın yaxınlığında saxlayıblar.

Hazırda ŞRPŞ-də fakt üzrə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.

Faktı araşdıran İstintaq bölməsinin müstəntiqi Cavad Əhmədovun \”Report\”a verdiyi məlumata görə, oğurluğu törədən şəxs əvvəllər ayrı-ayrılıqda 7 il müddətində azadlıqdan məhrum olub. Onu Şəkidə el arasında \”Mixaylo\” kimi tanıyırlar.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button