Hadisə

Vəfa Quluzadə vəfat etdi

Vəfa Quluzadə vəfat etdiAzərbaycanın tanınmış politoloqu Vəfa Qulzuadə vəfat edib. V. Quluzadənin səhhəti qəflətən pisləşib və onu xilas etmək mümkün olmayıb.

Vəfa Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda anadan olub. Azərbaycan Respublikasının Xarici Siyasət Məsələləri üzrə Dövlət Müşaviri vəzifəsində çalışıb (1990-1999). O, Dağlıq Qarabağdakı münaqişənin həll olunması üzrə aparılmış danışıqlarda aktiv iştirak edib. Azərbaycan-Ermənistan danışıqları zamanı nümayəndə heyətinə rəhbərlik edib, ATƏT-in sammitlərində, Cenevrə (1984) və İstanbulda keçirilmiş beynəlxalq konfranslarda, NATO-nun iclaslarında iştirak edib.

Mərhumun yaxınlarına və doğmalarına başsağlığı veririk.

Allah rəhmət etsin!

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button