Hadisə

Özünü asmaq üçün ip götürüb bacısıgilə getdi və… asdı

Özünü asmaq üçün ip götürüb bacısıgilə getdi və... asdı
Sabirabad rayonunun Türkədi kənd sakini, 29 yaşlı Rövşən Səlamət oğlu Həsənov özünü asaraq intihar edib.

Virtualaz.org saytının Şirvan bürosu xəbər verir ki, intihar hadisəsi mərhumun doğulduğu rayonda yox, Bakının Binəqədi rayonunda baş verib. Belə ki, R.Həsənov özünə Bakı şəhərində yaşayan bacısının evində qəsd edib.

İntihara səbəb kimi mərhumun ciddi ruhi sarsıntı keçirməsi göstərilir. Belə ki, Rövşənin atası Səlamət Həsənov 10 gün əvvəl ağır xəstəlikdən atası vəfat edib. O isə bundan ağır stress keçirib və özünə qapılıb. Məlumata görə, R.Həsənovun düşdüyü depressiya o qədər dərin olub ki, o, rayondan Bakıda yaşayan bacısıgilə gedərkən cibində özünü asmaq üçün ip də aparıbmış.

İntihar hadisəsi dünən Binəqədi rayonunda baş verib. Mərhum R.Həsənovun nəşi bu gün doğulduğu Sabirabad rayonuna aparılaraq Türkədi kəndində torpağa tapşırılıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button