Hadisə

Anar Qәdirli işdәn azad olundu

Anar Qәdirli işdәn azad olundu
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədrli tutuduğu vəzifədən istefa verib.

“AZERFAX”ın (AFA) əldə etdiyi məlumata görə, A.Qədirli işdən getmək barədə bu gün ərizə yazıb. Səhiyyə naziri Oqtay Şirəliyev onun ərizəsini qəbul edib.

A.Qədirli sayta açıqlamasında işdən getdiyini təsdiqləyib.

Məlumata görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat da olub. Səhiyyə naziri Oqtay Şirəliyevin əmrilə qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsinə Liya Bayramova təyin olunub.

Qeyd edək ki, L.Bayramova bunda əvvəl “Zerkalo” qəzetində şöbə müdiri vəzifəsində çalışıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button