Hadisə

Bakıda zəncirvari qəza: ölən var

Bakıda zəncirvari qəza: ölən var
Gecə Bakının Xətai rayonu Nobel prospektində 3 avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı üzü şəhər istiqamətində hərəkət edən “VAZ 2107” markaklı maşın əvvəlcə qarşıda gedən “NISSAN” markalı avtomobillə toqquşub. Hadisədən sonra əks yola çıxan “VAZ 2107” həmin istiqamətdə gələn “Daewoo” markalı başqa bir nəqliyyat vasitəsinə çırpılıb. Hadisə zamanı “VAZ 2107”nin sürücüsü xəsarət aldığından o, xəstəxanaya yerləşdirilib. Sürücünün yanında əyləşən sərnişin isə aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Qəzadan sonra hadisə yerinə Xətai rayon polis idarəsi və dövlət yol polisi şöbəsinin əməkdaşları cəlb olunub. Qəza ilə bağlı araşdırmalar aparılıb sürücülərin izahatları alınıb. Aparılacaq araşdırmalardn sonra qəzanın hansı səbəbdən baş verdiyi məlum olacaq.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button