Hadisə

15 yaşlı qız atasını öldürdü: “Peşman deyiləm”

Ötən gün Türkiyənin Kayseri şəhərində 15 yaşlı yeniyetmə atasını qətlə yetirib.

Savash.org DHA-ya istinadən xəbər verir ki, Melikgazi mahalında yaşayan səhiyyə işçisi Cuma Ali Ceylan tibb bacısı olan həyat yoldaşı Emel Ceylanla mübahisə edib.

Mübahisədən sonra ər və arvad ayrı-ayrı otaqlarda yatıb. Onların qızı gecə yarısından sonra yuxudan qalxaraq mətbəxdəki bıçağı götürüb və atasını yatarkən bıçaqlayıb. Bıçaqlanarkən oyanan C.A.Ceylan arasında əlbəyaxa dava olub. Daha sonra 9 bıçaq zərbəsi alan ata yerindəcə keçinib.

Qışqırıq səslərini eşidən qonşular dərhal əraziyə polis çağırıb.

Məhkəmədən sonra həbs edilən 15 yaşlı qızın ifadəsi mətbuata sızıb. O, əməlindən peşman olmadığını deyib:

“Davamlı şəkildə telefonuma baxaraq mənə təzyiq göstərirdi. Buna görə də atamı öldürməyi beynimə qoymuşdum, amma hərəkətə keçməmişdim. Onu sevmədiyim üçün bıçaqlayaraq öldürdüm. Hadisədən sonra atamın qanı paltarıma bulaşdı. Otağıma keçərək əynimi dəyişdim. Atamı öldürdüyüm üçün peşman deyiləm”.

Faktla bağlı araşdırma aparılır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button