Hadisə

Odessada güllələnən azərbaycanlı tələbələrin biri öldü

Odessada güllələnən azərbaycanlı tələbələrin biri öldü
Mayın 1-də Odessa şəhərinin Lvov küçəsindəki yataqxananın yaxınlığında güllələnən azərbaycanlı tələbələrin biri xəstəxanada vəfat edib.

Virtualaz.org saytı Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna DİN-in Odessa vilayəti üzrə Baş İdarəsinin mətbuat katibi Alla Marçenko məlumat yayıb.

Onun sözlərinə görə, gənc azərbaycanlı mayın 6-na keçən gecə keçinib.

Azərbaycanlı tələbələrə atəş açmış III kurs tələbəsi, Bolqarıstan vətəndaşı isə hazırda təcridxanadadır.

Qeyd edək ki, sərxoş tələbələr mayın 1-də Lvov küçəsində dava-dalaş salıblar. Davada iştirak edən bolqar tələbə Azərbaycan vətəndaşı olan tələbələrə bir neçə dəfə atəş açıb. Nəticədə üç azərbaycanlı tələbə yaralanıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button