Hadisə
10-cu sinifdə oxuyan qız özünü asdı
Salyan rayonunda məktəbli intihar edib.
Virtualaz.org saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, rayonun Xələc kənd sakini, 1999-cu ildə anadan olmuş Məmmədova Gülyanaq Atif qızı dünən axşam saatlarında özünü yaşadıqları evin damından asmaqla intihar edib.
X sinif şagirdinin intiharının dəqiq səbəbi məlum deyil. Bununla belə intiharın ailə münaqişəsi zəminində baş verdiyi ehtimal edilir. Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalara başlanıb.
Loading...